"Milan"ın hücumçusu Almaniya klubunda - RƏSMİ

15:54 - 26 Avqust 2026

"Milan"ın hücumçusu Kristofer Nkunku Almaniyaya qayıdıb.

Sportal.az xəbər verir ki, "Leyptsiq" fransalı futbolçunu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Nkunku mövsümün sonuna kimi Bundesliqa təmsilçisinin formasını geyinəcək. "Leyptsiq" 28 yaşlı forvard üçün İtaliya klubuna 3 milyon avro icarə haqqı ödəyib.

Qeyd edək ki, "Milan" Kristofer Nkunkunu 2025-ci ilin yayında "Çelsi"dən 37 milyon avroya transfer edib. Fransa millisinin üzvü A Seriyası nəhənginin heyətində meydana çıxdığı 35 rəsmi matçda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli oyunçu 2019-2023-cü illərdə "Leyptsiq"də çıxış edib.

Xəbər xətti