"Aston Villa"nın qapıçısı Emilyano Martines İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, argentinalı qolkiperin "Çelsi"yə keçmək ehtimalı var. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Martines menecerlər tərəfindən London klubuna məsləhət görülüb. "Çelsi" 33 yaşlı "əlcək sahibi"ni heyətinə qatmaq ehtimalını nəzərdən keçirir.
Qeyd edək ki, "Aston Villa" Emilyano Martinesi 2020-cu ilin yayında "Arsenal"dan 17 milyon avroya transfer edib. Argentina millisinin üzvü 2025/26 mövsümündə Birmingem təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 49 qol buraxıb. O, 14 oyunda qapısını toxunulmaz saxlamağı bacarıb.
saytlarin hazirlanmasi
