"Qalatasaray"dan portuqaliyalı futbolçuya illik 10+2 milyon avro maaş təklifi - klubla razılığa gəldi

23:37 - 26 Avqust 2026

"Qalatasaray" və "Milan" Rafael Leaonun transferi ilə bağlı razılığa gəliblər.

Sportal.az xəbər verir ki, insayder Gianluka Di Marzionun məlumatına görə, Türkiyə klubu 27 yaşlı vinger üçün 45 milyon avrodan bir qədər az ödəyəcək. Müqavilədə əlavə bonuslar da nəzərdə tutulub.

“Qalatasaray” portuqaliyalı futbolçuya illik 10 milyon avro maaş və 2 milyon avro bonus təklif edir. Futbolçu ilə danışıqlarda qarşıdakı saatların həlledici olacağı gözlənilir.

Qeyd edək ki, Leao ötən mövsüm A Seriyasında 29 oyunda 9 qol vurub və 3 məhsuldar ötürmə edib.

Xəbər xətti