"Ya Xulian, ya da yeni hücumçu olmadan keçinəcəyik" Flik

20:25 - 26 Avqust 2026

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik "Atletiko"nun hücumçusu Xulian Alvaresin mümkün transferi ətrafındakı vəziyyətə münasibət bildirib.

Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis almaniyalı mütəxəssis argentinalı forvardın keçidi həll olunmasa, başqa hücumçu gətirməyəcəklərini bildirib:

​"Bu mövzu haqqında danışmaq istəmirəm. Hər şey bir məqama gəlib çıxır: ya Xulian, ya da yeni hücumçu olmadan keçinəcəyik. ​Klubdakı vəziyyət mənə bəllidir. Çox yaxşı transferlər edilib. Klub gələcək haqqında düşünməlidir. Mən isə baş məşqçi kimi daha çoxunu və daha yaxşısını istəyirəm.

​Komandama tamamilə etibar edirəm. Biz çıxış yolu tapmalıyıq. Oyunçuların səviyyəsi çox yüksəkdir. İdman direktoru Deku əla iş görür. Gələcəyə baxırıq. Həm indi, həm də qarşıdakı 3-5 il perspektivində nəyin daha yaxşı olduğunu dəyərləndiririk. Klub üçün sabitlik istəyirik".

Xəbər xətti