"Qalatasaray" braziliyalı forvard üçün hərəkətə keçdi

18:22 - 15 Noyabr 2026

"Qalatasaray" Viktor Osimhenin ara-sıra zədələnməsi və Deniz Gülün isə istədiyi performansı göstərə bilməməsinə görə, qışda heyətinə hücumçu qatmağı planlaşdırır.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq “cim-bom”un istədiyi forvardın da adı bəllidir.

Türkiyə çempionu “Tottenhem”in hücumçusu Riçarlisonla yaxından maraqlanır və hətta danışıqlara da başlayıb. Onlar London klubunun futbolçusunu icarəyə götürmək istəyir.

29 yaşlı forvardın “Tottenhem”lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, bu mövsüm cəmi 2 matçda meydana çıxıb. “Trabzonspor”un da istədiyi braziliyalı “Fluminense”, “Uotford”, “Everton” klublarında oynayıb.
 

Xəbər xətti