"Kayrat"ın futbolçusu karyerasını Azərbaycanda davam etdirə bilər

17:47 - 15 Noyabr 2026

"Kayrat"ın müdafiəçisi Lukas Afriko yenidən Azərbaycanda oynaya bilər.

Sportal.az saytına verilən məlumata görə, braziliyalı futbolçunun Premyer Liqadakı bir neçə kluba təklif edilib.

Qazaxıstan klubunun üzvünün xidmətində maraq göstərən klublarımız var. Afrikonun qış “transfer pəncərəsi”ndə Azərbaycana geri qayıdacağı gözlənilir.

Onun “Kayrat”la müqavilə müddəti 2026-cı il dekabrın 31-nə qədərdir. Lukas “Londrina”, “Maritimo”, “Eştoril”, “Qəbələ”, “Farense”, “Vanspor” klublarında oynayıb.

Xəbər xətti