Polşa qalib gəldi, "Sabah"ın futbolçusuna şans verilmədi

12:57 - 15 Noyabr 2026

"Sabah"ın müdafiəçisi Timoetuş Puxaçın şərəfini qoruduğu Polşa millisi UEFA Millətlər Liqasında növbəti görüşünü keçirib.

Sportal.az xəbər verir ki, polyaklar səfərdə Rumıniya ilə üz-üzə gəlib.

Bu görüşdə Polşa 2:1 qələbə qazanıb. Puxaç isə bu matçda meydana çıxmayıb.

O, sona qədər ehtiyatda qalıb. Polşa millisi 5 turdan sonra 4 xalla 3-cü sıradadır.

Xəbər xətti