"Sabah"ın rəqibi uruqvaylını transfer etməyi planlaşdırır

17:22 - 15 Noyabr 2026

Çempionlar Liqasının liqa mərhələsində “Sabah”ın rəqiblərindən olan “Vilyarreal” Uruqvay millisinin və “Əl-Qadsiya”nın futbolçusu Nahitan Nandezlə maraqlanır.

Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, ispanlar qış “transfer pəncərəsi” zamanı uruqvaylı üçün qarşı tərəfə konkret təkliflə müraciət edəcək.

Hazırda tərəflər arasında ilkin danışıqlara start verilib.

30 yaşlı yarımmüdafiəçinin Səudiyyə Ərəbistanı klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. 

Uruqvaylı “Penyarol”, “Boka Xuniors”, “Kalyari” klublarında oynayıb.

Xəbər xətti