"Çox istəyərdim ki, Azərbaycan millisi D divizionunun qalibi olsun və pley-offa vəsiqə qazansın"

14:35 - 15 Noyabr 2026

"Azərbaycan millisini Lixtenşteyn üzərində qələbə və qrupda birinci yeri tutması münasibəti ilə təbrik edirəm. Qrupda uduzmadılar və uğurlu çıxış etdilər".

Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi Qyoko Hacıyevski deyib.

O, yığma komandamızın Millətlər Liqasının D divizionun 5-ci turunda Lixtenşteyni Vadutsda 1:0 məğlub etməsindən bəhs edib.

Bununla yanaşı, şimali makedoniyalı mütəxəssis yığma komandamızın D divizionunun qalibi olmasını çox arzuladığını bildirib:

"Mən çox istəyərdim ki, Azərbaycan millisi pley-offa vəsiqə qazansın. Təbii ki, bunun üçün D divizionunun qalibi olmaq lazımdır. Bunun üçün isə Cəbəllütariq Maltaya qalib gəlməlidir. Allah qoysa, istədiyimiz nəticələr baş verər. Azərbaycan xalqı üçün də əla olardı.  Doğrudur, pley-off mərhələsi asan deyil. İnanmaq və mübarizə  aparmaq lazımdır. Amma şans varsa, niyə də oynamasınlar? Şimali Makedoniya Qətərdəki dünya çempionatı üçün pley-off mərhələsində Palermoda İtaliyaya qalib gəlmişdi. Hər şey mümkündür. Azərbaycan da bu cür şans olarsa, hər şeyi reallaşdıra bilər".

Xəbər xətti