Milli üçün namizədlərin sayı bəlli oldu - Qvardiola, Sautqeyt, Martines

16:31 - 15 Noyabr 2026

ABŞ Futbol Federasiyası "Mançester Yunayted"ə rəhbərlik etmək üçün ABŞ milli komandasından ayrılan Maurisio Poçettinonun yerinə keçə biləcək namizədlər arasında İngiltərə yığmasının keçmiş baş məşqçisi Qaret Sautqeyti də nəzərdən keçirir.

Sportal.az "TEAMtalk"a istinadən xəbər verir ki, Sautqeyt ABŞ milli komandası üçün daha çox arzulanan namizəd olan "Mançester Siti"nin keçmiş baş məşqçisi Pep Qvardiolaya alternativ kimi görülür.

Sautqeyt 2024-cü ildə İngiltərə yığmasındakı vəzifəsindən ayrıldıqdan sonra işsizdir.

Boş qalan post üçün digər namizədlər arasında əvvəllər Belçika və Portuqaliya yığmalarına rəhbərlik etmiş Roberto Martines, eləcə də “Nyukasl”ın keçmiş çalışdırıcısı Eddi Hau da var.
 

Xəbər xətti