İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi spirtli içkilərdən imtina etməsinin həyatına və sağlamlığına təsirindən danışıb.
Sportal.az xəbər verir ki, son altı ayda 19 kiloqram çəki atan keçmiş futbolçu özünü həm fiziki, həm də psixoloji baxımdan daha yaxşı hiss etdiyini bildirib.
“Artıq altı aydır spirtli içki qəbul etmirəm. Həyat yoldaşım Kolin də bundan çox xoşbəxtdir. Hazırda münasibətlərimiz əvvəlkindən daha yaxşıdır və ailə həyatımızda özümüzü daha xoşbəxt hiss edirik. Bu isə mənim üçün çox önəmlidir. Həyat yoldaşım daha yaxşı göründüyümü deyir. Mən də psixoloji baxımdan özümü əvvəlkindən daha yaxşı hiss edirəm. Düşünürəm ki, hazırda çox yaxşı formadayam.
Spirtli içkilərdən uzaq durmaq qidalanma vərdişlərinə də müsbət təsir göstərir. Yəqin ki, indiyədək heç vaxt indiki qədər sağlam qidalanmamışam. Yenidən müntəzəm məşqlərə başlamışam və bütün bunlar bir-biri ilə əlaqəlidir. Çəki itirmək dərinin vəziyyətinə müsbət təsir edir. Spirtli içkilərdən imtina etmək isə ümumi sağlamlıq baxımından da faydalıdır”, – deyə Runi bildirib.
saytlarin hazirlanmasi

