Qvardiola ABŞ millisində Poçettinonu əvəz edəcək?

22:04 - 15 Noyabr 2026

Pep Qvardiola Maurisio Poçettinonun “Mançester Yunayted”ə keçidindən sonra ABŞ millisinin baş məşqçisi vəzifəsini tutmayacaq.

Sportal.az xəbər verir ki, daha əvvəl ABŞ Futbol Federasiyasının ispaniyalı mütəxəssisi milli komandanın baş məşqçi postuna əsas namizəd kimi nəzərdən keçirdiyi bildirilmişdi.

Qvardiola milli komanda səviyyəsində çalışmaq istəsə də, ABŞ yığmasını çalışdırmaq niyyətində deyil.

“Mançester Siti”nin sabiq baş məşqçisi futboldan bir müddət uzaq qalaraq istirahət etməyi planlaşdırır. O, qarşıdakı bir il ərzində heç bir iş təklifini dəyərləndirmək istəmir.

Xəbər xətti