İspaniya millisində ciddi itki

20:17 - 15 Noyabr 2026

İspaniya milli komandasının heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Alexandro Qrimaldo sıradan çıxıb. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

"Atletiko"nun sol cinah müdafiəçisinin hərarəti yüksəlib. Buna görə də 31 yaşlı futbolçu yığmanın heyətindən kənarlaşdırılıb.

Qeyd edək ki, İspaniya millisi UEFA Millətlər Liqasında növbəti oyununu İngiltərəyə qarşı keçirəcək. Matç bu gecə Bakı vaxtı ilə saat 23:45-də start götürəcək

Xəbər xətti