Ronaldinyo 11 ildən sonra yenidən rəsmi oyunda meydana çıxıb
Sportal.az xəbər verir ki, “Barselona” və “Milan”ın sabiq yarımmüdafiəçisi Ronaldinyo peşəkar futbol karyerasını başa vurduqdan 11 il sonra ilk rəsmi matçına çıxıb. 46 yaşlı braziliyalı İtaliya C Seriyasında keçirilən “Ravenna” – “Forli” qarşılaşmasında start heyətdə yer alıb. Hazırda oyun davam edir.
Qeyd edək ki, Ronaldinyo 2026-cı ilin yayında İtaliyanın üçüncü liqasında mübarizə aparan “Ravenna” ilə müqavilə imzalayıb və klubun səhmlərinin bir hissəsini satın alıb.
saytlarin hazirlanmasi

