“Mançester Yunayted” “Fulhem”in mərkəz müdafiəçisi Kalvin Bassini heyətinə qatmağı planlaşdırır.
Sportal.az “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, nigeriyalı futbolçu yanvar transfer pəncərəsində Mançester təmsilçisinin əsas hədəflərindən biri olacaq.
Komandanın yeni baş məşqçisi Maurisio Poçettino müdafiə xəttini gücləndirmək üçün təcili addımlar atmaq niyyətindədir.
Qeyd edək ki, Bassinin “Fulhem”lə müqaviləsi gələn ilin yayına qədər qüvvədədir. Sözləşmədə müddətin daha bir il uzadılması variantı da nəzərdə tutulub.
saytlarin hazirlanmasi

