"Çelsi" 18 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır

22:29 - 26 Avqust 2026

"Çelsi" 18 yaşlı Onesta Ahanorun transferinə getdikcə yaxınlaşır.

Sportal.az xəbər verir ki, insayder Cianluka Di Marzionun məlumatına görə, transferin məbləği 40 milyon avronu keçəcək. Hazırda London klubu "Atalanta" ilə danışıqlar aparır.

Qeyd edək ki, bundan əvvəl Ahanorun artıq “Çelsi” ilə şəxsi müqavilənin şərtlərini razılaşdırdığı məlum olmuşdu.

Xəbər xətti