Yaponiya millisinin 22 yaşlı qapıçısı PSJ ilə danışıqlar aparır

22:39 - 12 İyul 2026

PSJ Yaponiya millisinin və "Parma"nn qapıçısı Zion Suzuki uğrunda mübarizəyə qoşulub.

Sportal.az xəbər verir ki, Paris klubu artıq futbolçunun transferi ilə bağlı danışıqlara başlayıb və proses sürətlə irəliləyir. Qapıçının “Parma”dan ayrılmağa yaxın olduğu bildirilir. İtaliya klubu isə onun əvəzləyicisi kimi Ciovanni Daffarani "Yuventus"dan transfer edib.

23 yaşlı Suzuki DÇ-2026-da Yaponiya millisinin əsas qapıçısı olub. Yaponiya turnirin 1/16 final mərhələsində Braziliyaya 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Xəbər xətti