Argentina millisinin hücumçusu Xulian Alvarez komandanın kapitan Lionel Messinin yenidən dünya çempionu olmasını təmin etmək üçün hər şeyə hazır olduqlarını vurğulayıb.
Sportal.az "The Touchline"na istinadən xəbər verir ki, 1 /4 final mərhələsinin İsveçrə(3:1) ilə görüşündə fərqlənən Alvarez Messi barədə bunları deyib:
"Messinin yenidən dünya kubokununu qazanması üçün hər şeyi edəcəyik. Hər oyun onun üçün bir döyüşdür. Qol vurduqdan sonra ilk etdiyim şey Leonu qucaqlamaq oldu. Onun növbəti dəfə çempion olmasını çox istəyirik".
Argentina DÇ-2026-da İngiltərə ilə qarşılaşacaq. Görüş iyulun 15-də ABŞ-nin Atlanta şəhərindəki Mercedes-Benz stadionunda keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə 23:00-da start veriləcək.
