"Neftçi"nin potensial rəqiblərinin oyununda bir qol vuruldu - VİDEO

10:17 - 10 İyul 2026

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi”nin potensial rəqibləri olan “Sileks” və “Dinamo”(Minsk) üz-üzə gəlib.

Sportal.az xəbər verir ki, Bolqarıstanda keçirilmiş görüşdə şimali makedoniyalılar qalib gəlib.

Matçda yeganə qolu “Sileks”in futbolçusu Hasukiç 42-ci dəqiqədə penaltidən vurub.

Xəbər xətti