I Liqada mübarizə aparan "Bakı Sportinq" heyətinə yeni futbolçu qatıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi "Mingəçevir"dən ayrılan Şahmar Aşurovu transfer edib. 21 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Şahmar Aşurov daha əvvəl “Kəpəz” və “Zirə”nin də formasını geyinib.
saytlarin hazirlanmasi
