Bu gün Azərbaycan çempionu “Sabah” Çempionlar Liqasının birinci təsnifat mərhələsində cavab görüşünə çıxıb.
Sportal.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv Uelsin TNS klubu ilə qarşılaşıb. İlk qarşılaşmada qalib gələn "Sabah" cavab matçında da qalib gələrək növbəti mərhələyə adını yazdırıb.
21:30 TNS (Uels) – “Sabah” (Azərbaycan) 1:2
Qollar: Lok, 89, - Coy Lens Mikels, 28, Daşdəmirov 42
Osvestry, Park Hall Stadionu
Baş hakim: Mateo Buskets Ferrer (İspaniya) İlk oyun: 0:2
Bu oyunun qalibi ikinci turda Şimali Makedoniyanın "Vardar" və Finlandiyanın KuPS klublarının (ilk oyun: 0:2) arasında keçiriləcək oyunun qalibi ilə qarşılaşacaq.
