Azərbaycanlı futbolçu Sadıq Bagiev Rusiyada klubunu dəyişib.
Sportal.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi SKA-ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Torpedo Moskvası Bagievi Xabarovsk təmsilçisinə icarəyə verib. Azərbaycanın U-21 millisinin sabiq üzvünün icarə müddəti bir mövsümlükdür.
Qeyd edək ki, dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Sadıq Bagiev 2026-cı ilin yanvarında SKA-dan "Torpedo"ya 150 mil avro qarşılığında transfer olmuşdu.
saytlarin hazirlanmasi
