"Beşiktaş" Almaniya millisinin üzvü ilə danışıqlara başladı

18:32 - 13 İyul 2026

"Borussiya" ilə müqaviləsi başa çatan Yulian Brandt karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Beşiktaş" almaniyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

İstanbul nəhənginin baş məşqçisi Vinçentso İtalyano Brandtı komandasında görmək istəyir. "Beşiktaş" azad agent statusunda olan 30 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Almaniya milli komandasının üzvü olan Yulian Brandt 2025/26 mövsümündə "Borussiya"nın heyətində bütün turnirlərdə meydana çıxdığı 41 rəsmi matçda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti