"Barselona" ev oyunlarını "Kamp Nou"da keçirə bilməyəcək

19:21 - 14 İyul 2026

"Barselona" 2027/28 mövsümünün ilk yarısını Monjuik Olimpiya Stadionunda keçirə bilər.

Sportal.az xəbər verir ki, bu barədə "Sport.es" nəşri məlumat yayıb.

Buna səbəb "Kamp Nou" stadionunda planlaşdırılan növbəti yenidənqurma mərhələsidir. Kataloniya klubu artıq La Liqa rəhbərliyinə müraciət edərək, ilk dövrənin ev oyunlarını başqa arenada keçirmək üçün icazə istəyib.

​Bu qərarın səbəbi "Kamp Nou"da yeni dam örtüyünün quraşdırılmasıdır. İşlərin 2027-ci ilin iyun ayında başlaması və təxminən dörd ay yarım davam etməsi nəzərdə tutulur. ​Bu müddət ərzində "Barselona" əsas arenasında genişmiqyaslı yenidənqurma işləri aparıldığı 2023–2025-ci illərdə komandanın müvəqqəti evi olmuş Monjuik stadionuna qayıtmağı planlaşdırır.

Xəbər xətti