Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşaya qayıtmağa yaxındır.
Sportal.az saytına verilən məlumata görə, 29 yaşlı futbolçu “Rakov”la danışıq aparır.
Əslində, Polşa klubu Mahirin razılığını alıb. Hazırda “Rakov” rəsmiləri “Kayzerslautern”lə danışıqları davam etdirir.
Millimizin üzvünün “Rakov”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
Qeyd edək ki, Emreli Polşada “Legiya” formasını geyinib.
saytlarin hazirlanmasi
