Qurban Qurbanov: "Heyətdə dəyişikliklər ola bilər"

21:55 - 15 İyul 2026

"Qarabağ" UEFA Avropa Liqası I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah İslandiyada "Vestri"nin qonağı olacaq.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matç barədə fikirlərini bölüşüb:

"Komanda tam hazırdır. Rəqibi yaxından tanıyırıq. Uzun yol gəldik. Dünən demək olar ki, bütün günü yolda olduq. Bir az yorğunluq var. Buna baxmayaraq, inanıram ki, futbolçular sabahkı matça hazır olacaqlar. Hava şəraiti yaxşıdır. Əsl futbol havasıdır. Heyətdə dəyişikliklər ola bilər. Sabaha kimi vaxtımız var".

Xəbər xətti