Kosovonun "Malişeva" klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Vüsal İsgəndərli UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda Albaniyanın "Vllaznia" komandası ilə qarşılaşıb.
Sportal.az xəbər verir ki, görüş “Malişeva”nın 5:0 hesablı qələbəsi ilə başa çatıb. İlk matçda 1:2 hesabı ilə məğlub olan Kosovo təmsilçisi iki oyunun nəticəsinə görə növbəti mərhələyə yüksəlib.
Vüsal İsgəndərli oyuna start heyətində başlayıb və 45+2-ci dəqiqədə vurulan ikinci qolda məhsuldar ötürmə müəllifi olub. Azərbaycanlı futbolçu 68-ci dəqiqədə əvəzlənib.
Beləliklə, “Malişeva” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinə vəsiqə qazanıb.
saytlarin hazirlanmasi
