Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın yarımfinalında İngiltərə üzərində qazanılan qələbədən (2:1) sonra hisslərini bölüşüb.
Sportal.az xəbər verir ki, müütəxəssis futbolçularının xarakterini və azarkeşlərin dəstəyini yüksək qiymətləndirib.
"Söz tapmaq çox çətindir, sadəcə söz yoxdur. Bu, ölkəmiz və xalqımız üçün böyük sevincdir. Bir neçə gün əvvəl demişdim ki, bu komanda məni heç vaxt təəccübləndirməkdən qalmır. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik, bütün gücümüzü meydanda qoyacağıq.
Oyunçuların nümayiş etdirdiklərini insanlara izah etmək çox çətindir. Bu, inanılmazdır. Biz həqiqətən unikalıq və bənzərsizik, bunu təkəbbürdən yox, ürəkdən deyirəm. Biz bənzərsizik. Azarkeşlər bizi qələbəyə doğru apardılar. Buna görə də onlara sonsuz minnətdaram".
Qeyd edək ki, Argentina millisi dünya çempionatının finalında İspaniya ilə qarşılaşacaq. Turnirin həlledici matçı iyulun 19-da keçiriləcək.
saytlarin hazirlanmasi
