Rumıniya millisinin müdafiəçisi "Qarabağ"a keçə bilər

22:17 - 16 İyul 2026

"Universitatya"nın müdafiəçisi Andrey Kubis karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər.

Sportal.az saytına verilən məlumata görə, "Qarabağ" rumıniyalı futbolçunun xidmətində maraqlıdır. Ağdam klubu Kubisi heyətinə qatmaq istəyir.

"Qarabağ" 22 yaşlı mərkəz müdafiəçisi üçün onun klubu ilə danışıqlar aparır.

Qeyd edək ki, Andrey Kubis "Milan"ın yetirməsidir. Rumıniya millisinin üzvü bu ilin yanvarında "Sampdoriya"dan "Universitatya"ya qoşulub. O, Kluj təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı Kubisin dəyərini 1,2 milyon avro qiymətləndirir.

Xəbər xətti