"Barselona" futbolçularının dünya çempionatında iştirakına görə FIFA-nın kompensasiya proqramı sayəsində büdcəsini 2,8 milyon avro artıracaq.
Sportal.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Ödənişlər mundialda öz milli komandalarını təmsil edən 16 futbolçuya görə hesablanıb. Bu məbləğ 2022-ci il dünya çempionatından sonra klubun əldə etdiyi 4,4 milyon avro ilə müqayisədə azdır.
FIFA milli komandaya çağırılan hər bir futbolçu üçün klublara kompensasiya ödəyir. Seçmə mərhələdə bu məbləğ futbolçunun meydana çıxıb-çıxmamasından asılı olmayaraq, hər oyun üçün 2063 avro təşkil edir.
Dünya çempionatının final mərhələsində isə kompensasiyanın məbləği hər bir futbolçu üçün gündəlik 4330 avroyadək artıb. Ödənişlər oyunçunun milli komandanın düşərgəsinə qoşulduğu ilk gündən etibarən komandasının turnirdəki çıxışını başa vurduğu günün ertəsinədək hesablanır.
saytlarin hazirlanmasi
