Pyer-Emerik Obameyang karyerasını İspaniyada davam etdirəcək.
Sportal.az xəbər verir ki, 37 yaşlı hücumçunun transferini "Deportivo" rəsmən açıqlayıb. Tərəflər 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıblar.
Məlumata görə, La Liqaya qayıdan “Deportivo” futbolçunun keçidi üçün "MArsel" klubuna 1,5 milyon avro təzminat ödəyib.
2025/26 mövsümündə Qabon millisinin tarixinin ən sərrast bombardiri olan Obameyanq Liqa 1-də 30 oyunda meydana çıxaraq 10 qola imza atıb. Təcrübəli forvardın “Deportivo”nun hücum xəttinə ciddi güc qatacağı gözlənilir.
saytlarin hazirlanmasi
