İngiltərənin "Aston Villa" klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Frayburq"dan Yohan Manzambini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Aston Villa" isveçrəli yarımmüdafiəçi üçün Almaniya klubuna 60 milyon avro təzminat ödəyib. 20 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, İsveçrə millisinin üzvü olan Yohan Manzambi ötən mövsüm "Frayburq"un heyətində meydana çıxdığı 47 rəsmi matçda 7 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
