"Sumqayıt"dan ayrılan futbolçu "Şamaxı"ya transfer oldu

22:41 - 17 İyul 2026

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Sportal.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi cinah müdafiəçisi Abdul Raşid Muminini heyətinə qatıb. Benin yığmasının üzvü ilə iki illik (1+1) müqavilə imzalanıb.

Qeyd edək ki, 21 yaşlı futbolçunun son klubu “Sumqayıt” olub.

Xəbər xətti