"Çelsi" "Mançester Yunayted"in futbolçusu Markus Raşfordla maraqlanır.
Sportal.az xəbər verir ki, London klubunun rəhbərliyi ingiltərəli vingeri transfer etmək variantını nəzərdən keçirir. Bu barədə "TEAMtalk" məlumat yayıb.
Bu addım "Barselona"nın icarə müddəti bitdikdən sonra Raşfordun müqaviləsindəki birdəfəlik satınalma seçimini aktivləşdirməməsindən sonra gündəmə gəlib. "Çelsi" 28 yaşlı futbolçu üçün "qırmızı şeytanlar"la danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, Markus Reşford 2025/26 mövsümündə icarə əsasında "Barselona"da çıxış edib. İngiltərə millisinin üzvü Kataloniya təmsilçisinin heyətində 49 oyuna çıxıb, bu matçlarda 14 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
