"Real" argentinalı futbolçunu A Seriyası klublarına təklif etdi

23:18 - 12 İyun 2026

Franko Mastantuono karyerasını İtaliyada davam etdirə bilər.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "Yuventus" Brahim Díazı transfer etmək istəyir və hətta onu satınalma hüququ olmadan icarəyə götürməyə hazırdır. Lakin "Real"ın yarımmüdafiəçinin DÇ-2026-dan qayıdışına qədər hər hansı qərar verməsi gözlənilmir.

Turin klubu ilə aparılan danışıqlar zamanı “Real” alternativ olaraq Mastantuononun da satınalma hüququ olmadan icarəyə götürülməsini təklif edib.

“Yuventus” bu təkliflə bağlı düşünmək üçün vaxt istəyib. Bununla belə, Madrid klubu uzun müddət gözləmək niyyətində deyil və artıq argentinalı yarımmüdafiəçini digər Serie A təmsilçilərinə, o cümlədən avrokuboklara vəsiqə qazana bilməyən klublara da təklif edib.

Bundan əlavə, Qonzalo Qarsianın transferi də “Yuventus” və “Real" arasında müzakirə olunur. Lakin bu danışıqlar yavaş irəliləyir. Bu halda söhbət icarədən deyil, Niko Pazın "Komo"ya keçidinə bənzər bir modeldən, geri satınalma hüququ ilə həyata keçiriləcək transferdən gedir.

Xəbər xətti