"Beşiktaş" "Benfika"ya 20 milyon avroluq təklif göndərdi

15:55 - 11 İyun 2026

"Benfika"nın hücumçusu Vangelis Pavlidis karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Beşiktaş" yunanıstanlı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

İstanbul nəhəngi 27 yaşlı forvard üçün 20 milyon avroluq təklif göndərib və Portuqaliya klubundan cavab gözləyir.

Qeyd edək ki, "Benfika" Vangelis Pavlidisi 2014-cü ilin yayında "AZ Alkmar"dan 18 milyon avroya transfer edib. Yunanıstan millisinin üzvü 2025/26 mövsümündə Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 53 rəsmi matçda 30 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti