"Barselona"dan Ferran Torres qərarı

19:52 - 12 İyun 2026

"Barselona" Ferran Torresi uzun illər komandada saxlamağı planlaşdırır.

Sportal.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

İspaniya çempionu 26 yaşlı hücumçunun gələn il başa çatmalı olan müqaviləsinin müddətini uzatmağı planlaşdırır. Futbolçu ilə yaxın vaxtlarda danışıqlar başlayacaq.

Qeyd edək ki, "Barselona" Ferran Torresi 2022-ci ilin yanvarında "Mançester Siti"dən 55 milyon avroya transfer edib. İspaniya millisinin üzvü 2025/26 mövsümündə kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 21 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti