"Braziliya həmişə Dünya Kubokunun favoritlərindən biridir"

22:52 - 11 İyun 2026

Kafu 2026-cı il Dünya Kubokunda Braziliya millisinin çıxışı ilə bağlı proqnoz verib.

Sportal.az xəbər verir ki, sabiq braziliyalı futbolçu öz açıqlamasında bunları qeyd edib:

“Braziliyanı finalda qələbə qazanmağa namizədlər arasında görürəm. Bu, asan olmayacaq, çünki rəqiblərimizin səviyyəsi son dərəcə yüksəkdir. Ancaq mən Karlo Ançelottiyə və komandamızın potensialına inanıram. Hesab edirəm ki, bizim ən azı yarımfinala yüksəlmək üçün hər cür imkanı var.

Braziliya yarımfinala çıxanda isə hər şey baş verə bilər. Çünki futbol tariximiz bizə bir şeyi öyrədib: Braziliya yenidən özünəinamını, ruh yüksəkliyini və komanda birliyini tapanda, heç kimin qarşılaşmaq istəmədiyi milli komandaya çevrilir”.

Xəbər xətti