"Çelsi"nin sabiq futbolçusu: "Dünya çempionatında İrana azarkeşlik edəcəm"

16:17 - 10 İyun 2026

Rusiya millisinin, “Çelsi”, ÇSKA, "Dinamo", "Zenit" və "Anji"nin sabiq futbolçusu Juri Jirkov DÇ-2026-da hansı komandaya azarkeşlik edəcəyini açıqlayıb.

Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Jirkov İran millisini bəyəndiyini bildirib: 

"Dünya çempionatında İrana azarkeşlik edəcəm. Sərdar Azmun orada oynayıb. Favoritlərə gəldikdə isə, onlar eyni olaraq qalır - Fransa, İspaniya və Portuqaliya. Amma məncə, İspaniya qalib gələcək".

Əlavə edək ki, İran Belçika, Misir və Yeni Zelandiya ilə birlikdə G qrupunda yer alıb. 

Xəbər xətti