Millimizin hücumçusu İspaniyada əməliyyat olundu

15:15 - 11 İyun 2026

“Sabah”ın hücumçusu Xəyal Əliyev əməliyyat olunub.

Sportal.az xəbər verir ki, futbolçu arxa bud əzələlərinin ümumi vətərinin tam qopması səbəbindən cərrahi əməliyyat keçirib.

Madrid şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurla yekunlaşıb.

Qeyd edək ki, Xəyal Əliiyev Azərbaycan milli komandasının Malta ilə keçirdiyi yoldaşlıq oyununda (0:2) zədələnib.


Xəbər xətti