Rusiya klubu "Qalatasaray"ın müdafiəçisi ilə maraqlanır

10:18 - 11 İyun 2026

"Qalatasaray" və Türkiyə millisinin müdafiəçisi Eren Elmalıya Rusiyadan təklif gəlib.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Zenit” Elmalını transfer etmək istəyir.

Sankt-Peterburq təmsilçisi dünya çempionatından sonra Erenlə müqavilə imzalamaq niyyətindədir. Amma türk futbolçu özü bu barədə qərarını verməyib.

Onun “Qalatasaray”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində “Kasımpaşa”, “Silivrispor”, “Trabzonspor” klublarında oynayıb. 
 

Xəbər xətti