"Mançester Siti" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı

19:37 - 9 İyun 2026

"Mançester Siti" yarımmüdafiəçi Divayn Mukasanın müqaviləsinin müddətini uzadıb.

Sportal.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin mətbuat xidməti məlumat yayıb.

İngiltərə U-19 millisinin üzvü ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Divayn Mukasa 2025/26 mövsümünün ikinci yarısında icarə əsasında "Lester Siti"də çıxış edib. 18 yaşlı hücumameyilli yarımmüdafiəçi "tülkülər"in heyətində meydana çıxdığı 16 rəsmi matçda 2 qol və 3  məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti