U-21 millimiz Qırğızıstana məğlub oldu

21:37 - 9 İyun 2026

Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi kollektiv bu gün Qırğızıstan yığması ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, U-21 millimiz Türkiyədə keçirdiyi ilk hazırlıq matçında Bəhreyni 3:0 hesabı ilə məğlub etmişdi.

Xəbər xətti