Neymar qrup mərhələsinin bütün oyunlarını qaçıra bilər - DÇ-2026

21:32 - 11 İyun 2026

Braziliya milli komandasının üzvü Neymar dünya çempionatının qrup mərhələsinin bütün oyunlarını qaçıra bilər.

​Sportal.az xəbər verir ki, 33 yaşlı futbolçu komanda ilə birlikdə məşq etmir. Bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.

Neymar "Santos"da çıxış edərkən aldığı zədədən sonra reabilitasiya prosesini davam etdirir.

​Futbolçunun bərpa müddətinin uzanması "Selesao"nun məşqçilər heyətinin turnirin qrup mərhələsi üçün planlarına ciddi şəkildə təsir edir. Hazırkı vəziyyətə əsasən, həkimlər meydana çıxmağa icazə vermədiyi üçün təcrübəli vingerin iyunun 14-də Mərakeşə qarşı keçiriləcək qarşılaşmanı qaçıracağı dəqiqdir.

​Onun qrupun növbəti oyunlarında (Şotlandiya və Haiti ilə matçlarda) iştirakı isə böyük sual altındadır, sağalma sürətindən asılı olacaq.

Xəbər xətti