"Şəfa"dan növbəti transfer

12:53 - 10 İyun 2026

"Şəfa" növbəti transferini reallaşdırıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.

Paytaxt təmsilçisi Arsen Ağcabəyovu heyətinə qatıb.

25 yaşlı futbolçu ilə 1 ilik müqavilə imzalanıb.

Ağcəbəyov son olaraq "Şamaxı"da oynamışdı.

Qeyd edək ki, "Şəfa" bundan əvvəl Nicat Mehbalıyev, Rauf Hüseynli ilə anlaşmışdı.

Xəbər xətti