"Tottenhem"ə 35 milyon avroluq təklif göndərdilər

20:59 - 12 İyun 2026

"Brayton" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa klubunun əsas hədəfi müqavilə ilə "Tottenhem"ə məxsus olan Luka Vuşkoviçdir. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

"Brayton"un baş məşqçisi Fabian Hürzeler xorvatiyalı futbolçunu transfer etmək istəyir. "Qağayılar" 19 yaşlı mərkəz müdafiəçisi üçün London klubuna 35 milyon avroluq təklif göndəriblər.

Qeyd edək ki, Luka Vuşkoviç ötən mövsüm icarə əsasında "Hamburq"da çıxış edib. Xorvatiya millisinin üzvü Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti