Fransa millisinin baş məşqçisi Didye Deşam komandanın liderlərindən biri olan Kilian Mbappe haqqında danışıb.
Sportal.az xəbər verir ki, Deşam bildirib ki, 28 yaşlı hücumçu son illərdə həm futbolçu, həm də şəxsiyyət kimi inkişaf edib:
“Mbappe böyüyüb. Daha çox təcrübə qazanıb. O, Dohadakı dünya çempionatından sonra Huqo Llorisdən kapitanlıq estafetini uğurla qəbul etdi. O, liderdir. Artıq gənc futbolçu deyil, amma veteran da sayılmır. Meydanda və meydandan kənarda gördüyü işlərdən çox razıyam”, – deyə Deşam qeyd edib.
Mbappe 2017-ci ildən Fransa millisinin formasını geyinir. O, 2018-ci ildə dünya çempionu olub, həmçinin 2022 Dünya Kubokuna finalına yüksələn Fransa yığmasının əsas simalarından biri olub.
Xatırladaq ki, 2022-ci il dünya çempionatından sonra milli komandanın kapitan sarğısı Mbappeyə həvalə edilib və o, hazırda Fransa millisinin əsas lideri hesab olunur.
saytlarin hazirlanmasi
