Neymarın son durumu, Mərakeş matçında forma geyinəcək?

00:20 - 13 İyun 2026

Neymar 2026-cı il Dünya Kuboku çərçivəsində Braziliya millisinin Mərakeş ilə oyununda iştirak etməyəcək.

Sportal.az xəbər verir ki, görüş iyunun 14-də keçiriləcək və Bakı vaxtı ilə saat 02:00-da başlayacaq.

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti futbolçunun vəziyyəti barədə danışıb:

“Neymar mümkün qədər tez bərpa olunmaq üçün çox çalışır. Onun gələn həftə sağalaraq komandaya qoşulacağı gözlənilir”, – deyə Ançelotti bildirib.

Beləliklə, Braziliya ilk oyununda Neymarın köməyindən yararlana bilməyəcək, lakin ulduz futbolçunun turnirin növbəti matçlarında meydana qayıtması gözlənilir.

Xəbər xətti