"Barselona" "Bornmut"un forvardını istəyir

12:49 - 15 İyun 2026

"Barselona" "Atletiko"nun hücumçusu Xulian Alvarezin transferindən "Bornmut"un 19 yaşlı forvardı Eli Junior Krupiyə görə imtina edəcək.

Sportal.az "sports.es"ə istinadən xəbər verir ki, "Barselona"nın idman departamenti gənc oyunçunun oyunundan təsirlənib.

Lakin bir məsələ var: "Bornmut" dərhal 100 milyon avrodan aşağı təklif verən bütün maraqlı tərəflərə belə baxılmayacağı barədə xəbərdarlıq edib.

Digər aparıcı klublar da oyunçuya maraq göstərirlər. PSJ və "Arsenal" Krupi üçün hərəkətə keçib. Ötən mövsüm hücumçu "Bornmut"da 35 oyun keçirib və 13 qol vurub. Onun bazar dəyəri 70 milyon avrodur.

Krupinin klubla müqavilə müddəti 2030-cu ilin yayına qədərdir. Fransada dünyaya gəlmiş Krupi “Loryen”də oynadıqdan sonra “Bornmut”a keçmişdi.

Xəbər xətti