Türkiyə millisinin futbolçusu "Mançester Yunayted"ə keçə bilər

17:48 - 14 İyun 2026

Türkiyə millisinin futbolçusu Ferdi Kadıoğlu İngiltərədə komandasını dəyişə bilər.

Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu “Mançester Yunayted”ə keçə bilər.

"Brayton"a məxsus olan müdafiəşi özü də Mançesterə keçməyi götür-qoy edir. “Qırmızı şeytanlar” Ferdi üçün “Brayton”a 45 milyon avro təklif edib.

Dünya çempionatından sonra Kadıoğlunun “Mançester Yunayted”ə keçib-keçməyəcəyi dəqiqləşəcək.
 

Xəbər xətti